5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə bilik yarışı keçirilib
5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən elan edilən "Könüllülük həftəsi" çərçivəsində "Gənc Könüllü kuboku" intellektual turniri təşkil olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışı "Nə? Harada? Nə zaman?" formatında reallaşıb. 11 komandanın heyətində 55 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib.
Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" komandası yarışın qalibi olub.
"Hürufilər" komandası II, "Likantropiya" komandası isə III yeri tutub.
Qalib komanda kubok və qiymətli hədiyyələrlə, I, II və III yeri tutan komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş