• Təqvim

  • Maraq



Gənclər bu dəfə Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanını müzakirə ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.

Gənclər görüşdə Xalq yazıçısı Yusif Səmədoğlunun 1987-ci ildə çap olunmuş "Qətl günü" romanını müzakirə ediblər. 

Görüşdə bildirilib ki, müxtəlif dövrlərdə cəmiyyətin sosial-siyasi və mənəvi əxlaqi problemləri romanda bədii təcəssümünü tapıb. Roman eyni zamanda Azərbaycan ədəbiyyatında şərin bədii obrazını yaratmış ən qüvvətli əsərlərdən biridir.

Yusif Səmədoğlunun eyniadlı romanı əsasında 1990-cı ildə filmi ekranlaşdırılmışdır. 



Facebook-da paylaş