Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanını müzakirə ediblər

Gənclər bu dəfə Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanını müzakirə ediblər


2-12-2022, 21:21


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.

Gənclər görüşdə Xalq yazıçısı Yusif Səmədoğlunun 1987-ci ildə çap olunmuş "Qətl günü" romanını müzakirə ediblər. 

Görüşdə bildirilib ki, müxtəlif dövrlərdə cəmiyyətin sosial-siyasi və mənəvi əxlaqi problemləri romanda bədii təcəssümünü tapıb. Roman eyni zamanda Azərbaycan ədəbiyyatında şərin bədii obrazını yaratmış ən qüvvətli əsərlərdən biridir.

Yusif Səmədoğlunun eyniadlı romanı əsasında 1990-cı ildə filmi ekranlaşdırılmışdır. 


Geri qayıt