"Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir.
Bu dəfə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi, mərkəzin fəal gənci Gülnar Səmədova tərəfindən "Dopamin detoksu" mövzusunda təqdimat həyata keçirilib.
Təqdimat aşağıdakı başlıqları əhatə edib:
- Dopamin detoksu nədir?;
- Dopamin detoksunun təsiri;
- Pozitivliyin ötürülməsi;
- Şəxsi təcrübənin bölüşülməsi.
Diskussiya şəraitində keçən təqdimatda Gülnar Səmədova həmyaşıdlarının mövzu üzrə suallarını cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş