Əsas Səhifə > Gənclər > "Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir
"Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir2-12-2022, 15:05 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir. Bu dəfə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi, mərkəzin fəal gənci Gülnar Səmədova tərəfindən "Dopamin detoksu" mövzusunda təqdimat həyata keçirilib. Təqdimat aşağıdakı başlıqları əhatə edib: - Dopamin detoksu nədir?; - Dopamin detoksunun təsiri; - Pozitivliyin ötürülməsi; - Şəxsi təcrübənin bölüşülməsi. Diskussiya şəraitində keçən təqdimatda Gülnar Səmədova həmyaşıdlarının mövzu üzrə suallarını cavablandırıb.
GOYEZEN.AZ Geri qayıt |