• Təqvim

  • Maraq



Gənclərlə maarifləndirici görüş keçirilib


Noyabrın 15-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən "Doğulmamış uşaqlarda cins seçiminin qarşısının alınması" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib. 

Tədbiri giriş sözü ilə Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, erkən nikah hallarının bu prosesə mənfi təsirləri və gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə işinin gücləndirilməsidir. Son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilmişdir. Doğulan uşaqlar arasında cins nisbətinin pozulması meylləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. 

Mövzu ətrafında slayt nümayiş etdirilib. Sonda gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş