• Təqvim

  • Maraq



Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş məktəblilər arasında komandalardan ibarət intellektual yarış keçirilib


Oktyabrın 31-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Yarışda 10 komanda olmaqla 40 nəfər şagird mübarizə aparıb.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə şagirdlərə ətraflı məlumat verib. 

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, hədiyyə, diplom, II və III yerə çıxmış komandaların üzvlərinə diplom, digər komandaların üzvlərinə isə sertifikat təqdim edilib.

“Tarixçilər” komandasının üzvləri Musayeva Aydan Kazım qızı, Tanırverdiyev Əli Amil oğlu, İsmayılova Aysu Tural qızı, İsmayılova Ayan Asim qızı l yerə layiq görülüblər. “Xarıbülbül” komandasının üzvləri Nurulu Röyal Rahil oğlu, Hacıyeva Ayşə Gündüz qızı, Mustafayev Nicat Ehtiram oğlu, Qocayeva Nərmin Zaur qızı II yeri qazanıblar.  “Qarabağım” komandasının üzvləri Yusifli Məşədi Gəray oğlu, Bənnayeva Xədicə Rəşad qızı, Rəhimova Selcan Elburus qızı, Qəsəbova Aytac Qara qızı isə III yeri tutublar. 



GOYEZEN.AZ



Facebook-da paylaş