• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidlərinin ildönümlərində məzarlarını və ailələrini ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Oktyabrın 7-si Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canlarından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri leytenant Məmmədov Məhəmməd Zakir oğlunun  əsgər Məmmədov Əvəz Elnur oğlunun ildönümləridir. 

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidlərimizin ildönümlərində Alpout kənd qəbiristanlığında və Çaylı kənd Şəhidlər xiyabanında olan məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə qərənfillər düzərək əziz xatirələrini hörmət və ehtiramla anıblar. Şəhidlərimizin evində olub, ailələri ilə görüşüblər. İgid Vətən oğullarının unudulmayacağını, Azərbaycan xalqı var olduqca şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını qeyd ediblər.

Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlu

Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlu


GOYEZEN.AZ



Facebook-da paylaş