• Təqvim

  • Maraq



Gənclərlə görüş keçirilib


Sentyabrın 23-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Günü"nə həsr olunmuş gənclərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq bildirib ki, ölkəmizdə qadınlar arasında ən geniş yayılmış xəstəlik süd vəzi xərçəngidir. Süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrin ən böyük şansı erkən diaqnostikadır. Süd vəzisində problem olan qadınlar zamanında həkimə müraciət etməklə öz yaşamaq şanslarını artırırlar. Ona görə də özündə hər hansı dəyişikliyi hiss edən qadınlar vaxtında peşəkar həkimlərə müraciət etməklə, yaranacaq problemlərin qarşısını almış olarlar.

Daha sonra gənclər üçün videoçarx nümayiş etdirilib. Videoçarxda süd vəzi xərçənginin dioqnastikası, müayinə üsulları haqqında məlumat verilib. Mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş