• Təqvim

  • Maraq



"Şəxsi inkişaf" təlimləri davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkil etdiyi "Şəxsi inkişaf" təlimləri davam edir.

Növbəti belə təlim şəxsi inkişaf üzrə təlimçi, "Göyəzən kursları"nın Azərbaycan dili və ədəbiyyatı müəllimi Elvin Əskərov tərəfindən "Motivasiyanın gücü" mövzusunda keçirilib. 


Təlim aşağıdakı başlıqları əhatə edib:

Şəxsi inkişaf nədir?; 

Motivasiya nədir?;

Şəxsi inkişafda motivasiyanın gücü;

Hansı amillər motivasiyamıza təsir edir?;

Motivasiyanı necə yaratmalı? 

Motivasiyanı necə aktiv saxlamaq olar?; 

Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, fərdi şəkildə tapşırıqlar edilib, eləcə də təlimin maraqlı olması üçün müxtəlif enercayzerlər oynanılıb. 


GOYEZEN.AZ



Facebook-da paylaş