• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub

Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Ötən ilin aprel döyüşlərində şəhid olan baş leytenant Namazov Elvin Məmməd oğlunun ölümündən 1 il keçir. Bu gün şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü qeyd olunub.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Şəhidin məzarı önündə keçirilən ildönümü mərasimində Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, Milli Məclisin deputatları və digər qonaqlar, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, şəhidin döyüş yoldaşları, yüzlərlə kənd sakini, şəhidin yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Qazax rayon İcra Hakimiyyəti tərəfindən əklil qoyulub. Mərasim iştirakçıları şəhidin məzarı üstünə qərənfillər qoyaraq əziz xatirəsini yad ediblər.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək şəhidin ailəsinə başsağlığı verib və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb. Bildirib ki, dördgünlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
R.Babaşov çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.

Sonra Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Qənirə Paşayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Əjdər Babazadə, Təhsil Nazirliyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yusif Alıyev, Qarabağ qazisi Kamil Musavi və başqaları çıxış ediblər.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açıb, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi barəsində danışıblar. Qeyd ediblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Elvin Namazov da daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Şair Cavanşir Rüstəm çıxış edərək qeyd edib ki, aprel döyüşlərində əsgərlərimizin, zabitlərimizin döyüş ruhunu gördük. Bir daha əmin olduq ki, bizim əsgərimiz həqiqətən döyüşməyi bacarır. Daha sonra şair şəhidlərimizə həsr etdiyi şeirini oxuyub.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Sonra Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Şəhidin ata evində ehsan süfrəsi açılıb.
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Qazaxda şəhid Elvin Namazovun ildönümü qeyd olunub
Məlumat üçün qeyd edək ki, baş leytenant Namazov Elvin Məmməd oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi inşa edilib.

Elçin İSMAYIL


Facebook-da paylaş