Qazaxlı gənclər bu dəfə rayonun sərhəd kəndində yaşayan uşaqları sevindiriblər
Sentyabrın 2-də "GÜVƏN" Xeyriyyə və Dostluq Cəmiyyətinin təşkilatçılığı, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin dəstəyi ilə Qazax rayonunun dörd cəbhəyanı kəndində - Quşçu Ayrım, Məzəm, Cəfərli və Bala Cəfərli kəndlərində 1-ci sinifə qədəm qoyacaq şagirdlərə məktəb çantaları və müvafiq dərs ləvazimatları təqdim edilib.
Facebook-da paylaş