• Təqvim

  • Maraq



"Sahibkarlığa təşviq" mövzusunda ilk təlim keçirilib

"Gənc sahibkar" təlimləri çərçivəsində "Sahibkarlığa təşviq" mövzusunda ilk təlim keçirilib.

Təlim çərcivəsində Kiçik və Orta Biznes Agentliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 

Fəaliyyət çərçivəsində daha sonra Ağstafa KOB Dostu Süleyman Tağıyev gənclərə ideyanın biznes plana çevrilməsi, biznesdə risklər, regionlarda sahibkarlığa təşviqlə bağlı görülən işlər barəsində danışıb. 

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Qazax və Ağstafa rayonları üzrə koordinatoru Ayşən Tağızadə sahibkarlıq fəaliyyəti, KOBİA-nın bu sahədə yaratdığı imkanlar, xüsusilə, son dövrlərdə aktual olan startap ideyaları barədə ətraflı məlumat verib.

Məlumat üçün bildirək ki, təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin və Ağstafa KOB Dostunun birgə təşkilatçılığı ilə həyata keçirilib. 

Diskussiya şəraitində keçən təlimdə gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.


GOYEZEN.AZ



Facebook-da paylaş