• Təqvim

  • Maraq



Qazaxlı gənclərin Fərəhli kəndində uşaqlar üçün yaradılan oyun meydançasında gördükləri işlərdən - FOTOLAR


Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, iyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşüblər.  Görüşdə gənclərin Qazax rayonunun Fərəhli kəndində olan köhnə təhlükəsiz oyun meydançasının təmir edilərək park kimi əhalinin, xüsusilə də uşaqların istifadəsinə verilməsi təşəbbüsü elə görüşdəcə rayon rəhbərliyi tərəfindən müsbət qarşılanmış, iyunun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə birlikdə Fərəhli kəndində oyun meydançasının mövcud vəziyyəti ilə yerində maraqlanmışdı. 

Artıq gənclərin irəli sürdükləri təşəbbüs reallaşmaqdadır. Uşaqlar üçün yaradılacaq oyun meydançasında işlər davam edir. 


Avqustun 19-də Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri də Fərəhli kəndində sözügedən oyun meydançasında görülmüş işlərə dəstək olaraq öz töhfələrini veriblər. Belə ki, gənclər oyun meydançasında rənglənmə işləri aparıb, səliqə-sahman yaradıblar. Oyun meydançasında işlərin sürətlə davam etdirilməsi isə o deməkdir ki, yaxın zamanda meydança körpə fidanların istifadəsinə veriləcək.  

Bəli, fəaliyyətə başladığı ilk gündən gənclərə daim diqqət və qayğı göstərən rayon rəhbərinin gənclərin bu təşəbbüsünü reallaşdırması, oyun meydançasını istədikləri kimi təmir edərək elə gənclərin adından Fərəhli kəndində yaşayan körpə fidanlara hədiyyə etməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının daha bir əyani sübutudur. 

Kənd sakinləri də uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını bildirirlər. Gənclərə nümunəvi təşəbbüslərinə görə təşəkkür edirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş