• Təqvim

  • Maraq



Növbəti təlim "Zamanın idarə olunması" mövzusunda reallaşıb


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən "Şəxsi inkişaf" təlimləri davam edir.

Növbəti belə təlim "Gənclər davamlı inkişaf üçün" layihəsinin iştirakçısı, GİKM-in Daşkəsən nümayəndəliyinin əməkdaşı Ülfət Paşayev tərəfindən Qazax gəncləri üçün "Zamanın idarə olunması" mövzusunda keçirilib. 

Təlim aşağıdakı başlıqları əhatə edib:

Zamanın idarə olunmasının müsbət cəhətləri;

Zamanın idarə olunmasının mərhələləri;

Metodlar; 

Boşa zaman israfı ilə mübarizə;

Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, fərdi və qrup işləri üzrə tapşırıqlar edilib, eləcə də təlimin maraqlı olması üçün müxtəlif enercayzerlər oynanılıb.  


GOYEZEN.AZ



Facebook-da paylaş