• Təqvim

  • Unutma

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Əbədiyaşar lider" başlığı altında dəyirmi masa keçirilib


Mayın 6-da "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Əbədiyaşar lider" başlığı altında dəyirmi masa keçirilib.

Tədbiri Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov açaraq iştirakçıları salamlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vüsal Hüseynov çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən geniş danışıb. Bu gün də əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu Azərbaycançılıq ideologiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək ali dəyər olaraq inkişaf etdirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edib ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma simasını göz önündə canlandırır.


 

GOYEZEN.AZ



Facebook-da paylaş