Gənclər arasında Nə? Harda? Nə Zaman? intellektual oyunu üzrə rayon birinciliyi yarışı keçirilib
Aprelin 15-də Qazax Rayon Gənclər və İdman İdarəsi,
Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatı, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı
ilə Nə? Harda? Nə Zaman? intellektual oyunu üzrə rayon
birinciliyi yarışı keçirilib. Yarışda Bakı Dövlət Universitetinin Mega Fraun
komandası I, United Front komandası II, Monarchus komandası isə III
yeri tutub. Yarışda 12 komandadan 60 nəfər gənc iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş