• Təqvim

  • Maraq



Gənclər bu dəfə 3 medalla təltif olunmuş Vətən müharibəsi iştirakçısı Röyal Kərimovla görüşüblər


Aprelin 14-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı Kərimov Röyal Şəadət oğlunun müəssisədə gənclərlə görüşü keçirilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri Qazax Gənclər Evinin metodisti Eynur Məmmərzəyev açaraq tədbir iştirakçılarını salamlayıb, görüşün əsas məqsədinin gənclərə vətənpərvərlik hissinin aşılanması və vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarət olduğunu qeyd edib.

 

Daha sonra Vətən müharibəsi iştirakçısı Röyal Kərimov çıxış edərək Füzuli, Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdən, döyüş zamanı üzləşdikləri çətinliklərdən və döyüş yoldaşlarının yüksək əhval-ruhiyəsindən danışıb.



GOYEZEN.AZ



Facebook-da paylaş