• Təqvim

  • Maraq



Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəal tələbə və könüllülərin “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiyası təşkil olunub


Martın 29-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının yaxından iştirakı ilə fəal tələbə və könüllülərin "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiyası təşkil olunub.

Gənclər ekskursiya zamanı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğun "Göyəzən” filialında Göyəzən dağının ətəyində aparılmış son arxeoloji qazıntılarla tanış olublar. "Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Rəna Qocayeva gəncləri maraqlandıran sualları cavablandırıb, qazıntılar haqqında ətraflı məlumat verib.

Daha sonra gənclər Qoruğun "Damcılı filialında Damcılı bulağı ilə tanış olub, tarixi eksponatlara baxıblar.

Filial müdiri Növrəstə Binnətova 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduğunu bildirib. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalandığını qeyd edib. Bu memorandumun Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlandığını diqqətə çatdırıb. Pandemiya dövrünə qədər hər yay qazıntı işlərinin aparıldığını vurğulayıb.

Ümumilikdə 25 nəfər gəncin qatıldığı ekskursiyadan gənclər xoş təəssüratlarla ayrılıblar.








GOYEZEN.AZ

 



Facebook-da paylaş