• Təqvim

  • Maraq



Gənclər 10 Mart - Milli Teatr Günündə Qazax Dövlət Dram Teatrına səfər ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə gənclər 10 Mart - Milli Teatr Günündə Qazax Dövlət Dram Teatrına səfər edib.

Teatrın direktoru Saqif İskəndərov Azərbaycan teatrının tarixi və Qazax Dövlət Dram Teatrının keçdiyi yol barədə qonaqlara məlumat verib.

Gənclər daha sonra qırğız yazıçısı Mar Baycıyevin pyesi əsasında hazırlanmış "Toy günü ayrılıq" tamaşasını izləyiblər. Yekunda tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Musa Eyyubovun iştirakı ilə səhnə əsərinin müzakirəsi təşkil olunub.






 

GOYEZEN.AZ



Facebook-da paylaş