• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib


Bakı Dövlət Universitetinin Qazax filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və təxliyyənin təmin edilməsi: Könüllülərin rolu və pandemiya ilə mübarizə" başlığı altında dəyirmi masa təşkil edilib.

Ali təhsil ocağında keçirilən tədbiri Universitetin direktoru Arif Rüstəmov giriş sözü açaraq iştirakçıları salamlayıb.

Daha sonra çıxış edən mülki və texniki təhlükəsizlik üzrə mütəxəssis İlqar Nəbiyev, "İctimai və təbiət fənləri" kafedrasının müəllimi Pəri Məmmədova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları barədə danışıblar.






 

GOYEZEN.AZ



Facebook-da paylaş