• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 1 Mart - Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

 


Bakı Dövlət Universitetinin Qazax filialında 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Filialın Heydər Əliyev auiditoriyasında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu olduqca böyükdür. Bildirib ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü ildən təmsil olunur.

 

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək müəllim və tələbələrin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinin və bu bilikləri mütəmadi olaraq aşılamalarının vacibliyini ön plana çəkib.


Filialın təsərrüfat şöbəsinin müdiri Məmmədəli Abdullayev 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş geniş məruzə ilə çıxış edərək qeyd edib ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd tələbələrin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı görüləcək işlər haqqında geniş məlumatlandırılmasıdır. 

Mülki Müdafiə qərargahının rəisi İlqar Nəbiyev öz çıxışında tələbələrin fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi barədə danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




GOYEZEN.AZ

 



Facebook-da paylaş