• Təqvim

  • Maraq



"Xocalı fəryadı" adlı bədii qiraət müsabiqəsi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı fəryadı" adlı bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqəyə Qazax rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin 18 nəfər yuxarı sinif şagirdi qatılıb.

Səsləndirilən şeirlərin qiymətləndirilməsində Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının üzvü, şair Səhlədar Hidayətoğlu iştirak edib.

Münsiflər heyətinin yekun qərarına əsasən Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Qurbanova I yeri tutaraq müsabiqənin qalibi olub. Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Sevda Adıgözəlova və Əsmər Hüseynova II yeri tutublar. Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Səttarova və Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdi Nigar Osmanlı isə III yerin sahibi olublar.

Qalib və mükafatçılara Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən Diplom və qiymətli hədiyyələr təqdim olunub.










GOYEZEN.AZ



Facebook-da paylaş