Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" filmi nümayiş olunub
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" filmi nümayiş olunub.
Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 30 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub.
GOYEZEN.AZ
Facebook-da paylaş