Tələbələr arasında "Həmrəylik kuboku" adlı intellektual yarış keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında "Həmrəylik kuboku" adlı intellektual yarış keçirilib.
Ali məktəbin tələbələri arasında reallaşan bilik yarışında 9 komandanın heyətində 43 gənc iştirak edib. İlk olaraq iki yarımqrupda mübarizə aparan komandalardan ən çox xal toplayan dördü finala yüksəlib.
Həlledici mərhələdə hamıdan güclü olan "Qarabağlılar" komandası "Həmrəylik kuboku"na yiyələnib. "Xəmsə" və "Monachus" komandaları isə müvafiq olaraq II və III pillələri tutub. İlk üç yerdə qərarlaşan komandaların üzvlərinə diplomlar təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş