Gənclər tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bayraqcıqların paylanılması aksiyası həyata keçirilib
Azərbaycan
Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvolu, qürur mənbəyidir. Bayrağımız Azərbaycan vətəndaşlarının
milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən,
milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan
bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq
bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan
vətəndaşı üçün qürur və güvənc yeridir. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, üçrəngli Azərbaycan
Bayrağı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı
ordumuzun azad etdiyi torpaqlarda dalğalanır. Qazax
Rayon Gənclər və İdman İdarəsi tərəfindən 9 Noyabr - Azərbaycan Respublikasının
Dövlət Bayrağı Günü münasibətilə bayraqcıqların paylanılması aksiyası həyata
keçirilib. Aksiyada
3 könüllü qrupun iştirakı ilə şəhərin müxtəlif ərazilərində 100 ədəd bayraqcıq
paylanılıb. GOYEZEN.AZ
Facebook-da paylaş