"Hüququm və qaydalarım" layihəsi çərçivəsində növbəti təlim keçirilib
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gənclərin İnkişaf və Karyera
Mərkəzinin Qazax, Qobustan, Qax, Gədəbəy, Siyəzən nümayəndəliklərinin birgə
təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi çərçivəsində
növbəti təlim keçirilib. Uşaq
hüquqları mövzusunda keçirilən onlayn təlim AQUPDK-nin Uşaq problemləri
şöbəsinin müdir müavini Günel Nağdəliyevanın təqdimatında reallaşıb. Təlim aşağıdakı başlıqları əhatə edib: Uşaq hüquqları anlayışı; Uşaq hüquqlarının əsas kateqoriyaları; Uşaqlara qarşı zorakılıq; Uşaqlara qarşı zorakılığın profilaktikasının səviyyələri; Uşaq Hüquqları Bəyannəməsi və s. Təlimin sonunda gəncləri maraqlandıran suallar
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş