Əsas Səhifə > Gənclər > "Hüququm və qaydalarım" layihəsi çərçivəsində növbəti təlim keçirilib
"Hüququm və qaydalarım" layihəsi çərçivəsində növbəti təlim keçirilib8-10-2021, 22:36 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Qobustan, Qax, Gədəbəy, Siyəzən nümayəndəliklərinin birgə təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi çərçivəsində növbəti təlim keçirilib. Uşaq hüquqları mövzusunda keçirilən onlayn təlim AQUPDK-nin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyevanın təqdimatında reallaşıb. Təlim aşağıdakı başlıqları əhatə edib: Uşaq hüquqları anlayışı; Uşaq hüquqlarının əsas kateqoriyaları; Uşaqlara qarşı zorakılıq; Uşaqlara qarşı zorakılığın profilaktikasının səviyyələri; Uşaq Hüquqları Bəyannəməsi və s. Təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |