• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş "Vətən yaxşıdır" adlı bədii-musiqili tədbir keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş "Vətən yaxşıdır" adlı bədii-musiqili tədbir keçirilib.

Tədbirdə hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbirin, bu dəfə Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edilməsi qürur hissi ilə qeyd edilib. Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Gününün bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər Ordumuzun rəşadəti sayəsində Şuşada təşkil olunması sevinc hissi ilə qarşılanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələrinin yüksək səviyyədə bərpa olunmasına görə sonsuz minnətdarlıq ifadə olunub.

Tədbirdə musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz əsərləri səsləndirilib.

 






 

GOYEZEN.AZ



Facebook-da paylaş