Qazaxda "Gənc Könüllülər" Böyük Vətən Müharibəsinin iştirakçısı 100 yaşlı Hümbət Alıyevi ziyarət ediblər
Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyi "İki nəslin görüşü" layihəsinə başlayıb. Mərkəzin əməkdaşları və
gəncləri layihə çərçivəsində 9 May - Faşizm üzərində Qələbənin 76-cı ildönümü
münasibətilə İkinci Dünya Müharibəsində
iştirak etmiş Aşağı Əskipara kənd sakini, bu gün 100 yaşını qeyd edən Hümbət Alıyevi ziyarət
ediblər. Gənclər bu tarixi qələbədə
göstərdikləri şücaətə görə ona öz minnətdarlıqlarını ifadə ediblər. Eyni
zamanda veteranımızla həmsöhbət
olaraq həmin
qəhrəmanlıq səhifələrini müharibənin canlı şahidindən dinləyiblər. Həmçinin 100 yaşı tamam olan Hümbət Alıyevi doğum günü
münasibətilə təbrik ediblər. Veteranımız isə göstərdikləri diqqət və qayğıya görə
gənclərə öz təşəkkürünü bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş