Əsas Səhifə > Gənclər > Qazaxda "Gənc Könüllülər" Böyük Vətən Müharibəsinin iştirakçısı 100 yaşlı Hümbət Alıyevi ziyarət ediblər

Qazaxda "Gənc Könüllülər" Böyük Vətən Müharibəsinin iştirakçısı 100 yaşlı Hümbət Alıyevi ziyarət ediblər


9-05-2021, 19:49


Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "İki nəslin görüşü" layihəsinə başlayıb.

Mərkəzin əməkdaşları və gəncləri layihə çərçivəsində 9 May - Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə İkinci Dünya Müharibəsində iştirak etmiş Aşağı Əskipara kənd sakini, bu gün 100 yaşını qeyd edən Hümbət Alıyevi ziyarət ediblər.

Gənclər bu tarixi qələbədə göstərdikləri şücaətə görə ona öz minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda veteranımızla həmsöhbət olaraq həmin qəhrəmanlıq səhifələrini müharibənin canlı şahidindən dinləyiblər. Həmçinin 100 yaşı tamam olan Hümbət Alıyevi doğum günü münasibətilə təbrik ediblər.

Veteranımız isə göstərdikləri diqqət və qayğıya görə gənclərə öz təşəkkürünü bildirib.







 

GOYEZEN.AZ


Geri qayıt