• Təqvim

  • Maraq



Qazaxda “Sağlam ailə - möhkəm cəmiyyətin təməlidir” mövzusunda vebinar keçirilib


Mayın 7-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, Bakı Dövlət Universitetinin Qazax filialınınQazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş "Sağlam ailə - möhkəm cəmiyyətin təməlidir” mövzusunda vebinar keçirilib.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, vebinarın məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunmuşdur. Azərbaycanın ailə məktəbi hər zaman digər dövlətlərə örnək olmuş, möhkəm təməllərə söykənən ailələrimizdə sağlam gənclik yetişmişdir.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərin ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirdiyini, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb. K.Cəfərova Ulu Öndər Heydər Əliyevin ailə siyasətinin bu gün də məqsədyönlü şəkildə davam etdirildiyini, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin psixoloqu Şahlıq Mustafayeva, Bakı Dövlət Universitetinin Qazax filialının psixoloqu Gülnar Abdullayeva çıxış edərək ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də həssas qrupdan olan ailələrin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıblar.

Ümumilikdə 72 nəfərin iştirak etdiyi vebinarda ailənin tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığı bir daha qeyd edilib.

 


GOYEZEN.AZ



Facebook-da paylaş