Qazaxda “Gənc Könüllülər” 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə yeni aksiya həyata keçiriblər
Fəaliyyətə başladığı ilk gündən yeniliklərə
imza atan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) kollektivi və "Gənc Könüllülər”i bu dəfə 26 İyun – Azərbaycan Respublikasının
Silahlı Qüvvələri Günü münasibətilə yeni aksiya həyata keçiriblər. "Gənc Könüllülər” karantin dövründə, xüsusilə müəyyən
zəruri məhdudedici tədbirlərin sərtləşdirildiyi günlərdə vətəndaşların, o
cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının
məhdudlaşdığını, onların digər gündəlik işlərinə vaxt sərf etdiklərini nəzərə
alaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
məzarlarını ziyarət ediblər. Şəhidlərin xatirəsinin əziz
tutulacağını, uğrunda canlarını fəda etdikləri Vətənin onları unutmayacağını öz
fəaliyyətləri ilə sübut edən gənclər şəhid qəbirlərinin ətrafını təmizləyib,
ərazini səliqəyə salıblar. "Gənc Könüllülər”in bu nəcib
aksiyası şəhid ailələri, eləcə də rayon sakinləri tərəfindən rəğbətlə
qarşılanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş