Qazaxlı gənclər də pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyasına qazaxlı gənclər də ürəklə qatılıblar.
AKƏM-nin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən bu aksiyada fəallıq nümayiş etdirirlər.
Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin kütləvilik təşkil etdiyi "İK Market" supermarketində, "Brend Shop" mağazasında və rayon Avtovağzalında vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maska paylayıblar.
Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
Sosial aksiya vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.
"İK Market" supermarketi
"Brend Shop" mağazası
Qazax Avtovağzalı
GOYEZEN.AZ
Facebook-da paylaş