Respublika Prezidenti cənab İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə
rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start
verdiyi "Bir-birimizi qoruyaq” kampaniyasına qazaxlı
gənclər də ürəklə qatılıblar.
AKƏM-nin başlatdığı "Bir-birimizi
qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən bu aksiyada fəallıq
nümayiş etdirirlər.
Kampaniya çərçivəsində gənclər bu
dəfə əhalinin kütləvilik təşkil etdiyi "İK
Market" supermarketində, "Brend
Shop" mağazasında və rayon Avtovağzalında vətəndaşlar
arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya
etdikdən sonra onlara əlcək və tibbi maska paylayıblar.
Azərbaycanda fəaliyyət göstərən
könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas
məqsədi karantin
rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə
sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında
ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
Sosial aksiya vətəndaşlar tərəfindən rəğbətlə
qarşılanır.
"İK Market" supermarketi
"Brend Shop" mağazası
Qazax Avtovağzalı
GOYEZEN.AZ
Geri qayıt
|