"Gənc istedad" layihəsi çərçivəsində aktyor-aparıcı Yusif Qoca ilə görüş təşkil olunub
Yanvarın
21-də Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Gənc istedad"
layihəsi çərçivəsində aktyor-aparıcı Yusif Qoca ilə görüş təşkil olunub. Qazax
Dövlət Dram Teatrının və "Kəpəz" TV-nin əməkdaşı olan Yusif Qoca
teatr və televiziya sahəsindəki təcrübəsini gənclərlə bölüşüb, yeni
tendensiyalar barədə onları məlumatlandırıb. O, həmçinin səhnə danışığı və nitq
mədəniyyəti mövzularında iştirakçılara ətraflı məlumat verib. Səmimi
söhbət əsasında keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş