Qazaxda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə dəyirmi masa keçirilib
Bu gün Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin
birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50
illiyi münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə mərkəzin
"Gənc könüllü”ləri, kollecin müəllim və tələbələri iştirak ediblər.
Mərkəzin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq ÜmummilliLider Heydər Əliyevin 1969-cu il iyulun 14-də
Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını,
ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün
başlandığını diqqətə çatdırıb. Aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər
nəticəsində ölkəmizin inkişaf sürətinə görə ən qabaqcıl respublikaya
çevrildiyini bildirib. Qeyd edib
ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimizin siyasi
xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq
neçə ildir ki, Azərbaycan Respublikası yüksək inkişaf yolundadır. Bu yol Heydər
Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir,
inkişaf edir, uğurlar qazanır. Bu onu göstərir ki, nə qədər Azərbaycan var,
Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi irəliyə
aparacaqdır.
Qazax Dövlət
Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira
Əfəndiyeva çıxış edərək Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycan
dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən,
xalqın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət
açıb.
Tədbirdə
çıxış edən Kollecin Maliyyə işi fakültəsinin II kurs tələbəsi Tutu Qocayeva
1993-cü ildə xalqın Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb
etməsinin heç də təsadüfi olmadığını vurğulayıb. O, bildirib ki, Ulu Öndərin
qayıdışı ilə Azərbaycan özünün yeni, daha şərəfli və əzəmətli mərhələsinə daxil
olub.
Qazax Dövlət
Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov,
təlim və tərbiyə işləri üzrə direktor müavini İlkin Əliyev, tədris hissə müdiri
Arif Mustafayev də çıxış edərək Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün
həyata keçirdiyi misilsiz xidmətlərdən danışıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş