Qazaxda "Counter Strike" kompyuter oyunu üzrə rayon turniri keçirilib
Bu gün Qazax Gənclər Mərkəzində "Counter Strike" kompyuter oyunu üzrə rayon turniri keçirilib. Yarışda 4 komanda (ümumilikdə 16 nəfər) iştirak edib.
Turnirin ilk matçında "Nobelium" (Hüseynbəyli kəndi) komandası "Sarkazm" (müstəqil) üzərində 15:11 hesablı qələbə qazanaraq finala yüksəlib.
Onların həlledici oyunda rəqibi Ürkməzli kəndinin "Destroyers" komandası olub. Adı çəkilən kollektiv isə birinci matçında "Lavinia"nı üstələyib - 15:7.
İlk görüşdə məğlub olan komandalar arasında keçirilən oyunda "Sarkazm" komandası "Lavinia"ya qalib gələrək 3-cü yerə layiq görülüb.
"Nobelium" komandası isə finalda "Destroyers"dən 15:5 hesabı ilə güclü olaraq 1-ci yeri tutub.
Həlledici oyunda uduzan Ürkməzli kənd komandası ikinciliklə kifayətlənib. Yekunda mükafatçılar müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş