Qazaxlılar “Əsgərə məktub” layihəsinə qoşulub
Bu gün Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi "Əsgərə məktub” layihəsi ilə bağlı Qazaxda tədbir keçirib.
Kütləvi-vətənpərvərlik tədbirinə Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və dərnək üzvləri, rayon ictimaiyyəti qatılıb.
Tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verilərək, onun Azərbaycanın müxtəlif regionlarında həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, layihənin
məqsədi ictimaiyyətlə ordu arasında əlaqələri möhkəmləndirmək, ölkəmizin
suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi
düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini daha
da artırmaqdır.
Layihəyə qoşulanlar məktub yazmaqla ordu sıralarında xidmət edən hərbi qulluqçulara
öz arzularını çatdırıblar.
Tədbirdə iştirak edənlər xalq və ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən bu cür layihənin təşkilini yüksək qiymətləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş