• Təqvim

  • Maraq



Yuxarı Salahlı kənd həkim məntəqəsi - FOTOLAR


19 aprel 2018-ci ildə təməlqoyma mərasimi keçirilən Yuxarı Salahlı kənd həkim məntəqəsi artıq kənd sakinlərinin istifadəsinə verilib. 1 oktyabr tarixində açılış mərasimi keçirilən həkim məntəqəsi Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilib.

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” layihəsi çərçivəsində inşa olunmuş məntəqənin ümumi sahəsi 216 kv.m-dir. Girişdə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, Yaponiya ilə Azərbaycan dövlətləri arasındakı dostluğu və əməkdaşlığı özündə əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb.

İlk yardım, baş həkim, ailə həkimi, ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Sanitar qovşağı və müasir standartlara cavab verən istilik sistemi ilə təchiz edilib. Rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, oturacaqlar qoyulub, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısına yol çəkilib.





































GOYEZEN.AZ



Facebook-da paylaş