Ulu öndər Heydər Əliyevin 97-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib
Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Quba
filialının təşkilatçılığı ilə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş beynəlxalq
onlayn konfrans keçirilib. ”Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və
perspektivlər” mövzusuna həsr olunmuş konfransda pendemiya şəraitində təhsil
sahəsindəki reallıqlardan və qarşıda duran vəzifələrdən danışılıb, fikir mübadiləsi
aparılıb.
Bakı Dövlət Universitetinin
Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransda
iştirak edib və müzakirələrə qatılıb. Yaranmış şəraitdə regionlarda fəaliyyət
göstərən təhsil ocaqlarının xüsusiyyətləri, problemləri diqqət mərkəzinə çevrilib.
Konfransda müzakirə edilən məsələlərin geniş ictimaiyyətə təqdim olunması
tövsiyə edilib. Türkiyənin, Almaniyanın, Gürcüstanın, Qırğızıstanın təhsil sahəsində
tanınmış alimləri konfransda aktual mövzulara həsr olunmuş məruzələrlə çıxış ediblər. Ümumilikdə, 15 elmi məruzə
dinlənilib. Məruzələr ətrafında geniş, səmərəli müzakirələr aparılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş