Əsas Səhifə > Təhsil > Ulu öndər Heydər Əliyevin 97-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib

Ulu öndər Heydər Əliyevin 97-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib


15-05-2020, 13:22


Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Quba filialının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib.

”Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusuna həsr olunmuş konfransda pendemiya şəraitində təhsil sahəsindəki reallıqlardan və qarşıda duran vəzifələrdən danışılıb, fikir mübadiləsi aparılıb.

 

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransda iştirak edib və müzakirələrə qatılıb. Yaranmış şəraitdə regionlarda fəaliyyət göstərən təhsil ocaqlarının xüsusiyyətləri, problemləri diqqət mərkəzinə çevrilib. Konfransda müzakirə edilən məsələlərin geniş ictimaiyyətə təqdim olunması tövsiyə edilib. Türkiyənin, Almaniyanın, Gürcüstanın, Qırğızıstanın təhsil sahəsində tanınmış alimləri konfransda aktual mövzulara həsr olunmuş məruzələrlə çıxış ediblər.

Ümumilikdə, 15 elmi məruzə dinlənilib. Məruzələr ətrafında geniş, səmərəli müzakirələr aparılıb.


 

GOYEZEN.AZ


Geri qayıt