• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir

20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
Bu gün Qazax rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin iyirimi səkkizinci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, orta məktəblərin şagirdləri, rayonda çalışan fəal gənclər iştirak edib.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış unudulmaz qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar həm də Azərbaycanın istiqlaliyyətə qovuşmasında önəmli rolu olan bir gündür.
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
Tədbirdə xalqımızın azadlığı uğrunda canlarından keçən Vətən oğul və qızlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Konfransda rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, RİHB Aparatında aparıcı məsləhətçi Müşviq Pirverdiyev, YAP Qazax rayon Gənclər Təşkilatının sədri Vüsal İsmayılov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri Elvira Əfəndiyeva, YAP Qazax rayon Qadınlar Şurasının sədri Asya Alhüseynova, BDU Qazax filialının tələbəsi Səkinə Əliyeva və rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Eltun Axundov çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilmədi. Xalqımız bu mübarizliyi ilə nəhəng imperiyanın süqutuna yol açdı. Çıxışlarda qeyd olunub ki, bu qanlı hadisəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. 1993-cü ildə ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyi bildirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova konfransa yekun vuraraq 20 Yanvar şəhidlərinin göstərdikləri qəhrəmanlığın gənc nəsillərə böyük bir örnək olduğunu qeyd edib, onların əziz xatirələrinin daim qəlblərdə yaşayacağını bildirib.

20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir
GOYEZEN.AZ


Facebook-da paylaş