• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş Qarabağ əlillərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib

Möhtərəm cənab Prezident.

Dövlətimiz tərəfindən və şəxsən Sizin tərəfinizdən imtiyazlı təbəqəyə göstərilən diqqət və qayğı bizi çox sevindirir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemlərinin həll edilməsi də çox müsbət amildir.

Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına olan qayğınız sayəsində 16 nəfər Qarabağ qazisi Heydər Əliyev Fondunun hesabına müasir protezlərlə təmin edilmişdir. Bundan əlavə, bu kateqoriyadan olan insanlara avtomobillər verilir, özlərinə və ailə üzvlərinin əməliyyatına kömək göstərilir, bir çox problemləri həll edilir.

Möhtərəm Prezident, bütün bunlara görə Qazax rayonunda yaşayan imtiyazlı təbəqənin nümayəndələri adından Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirirəm. Göstərilən diqqət və qayğı xalqın Sizə və dövlətimizə olan sevgisini və inamını daha da gücləndirir. Azərbaycanın işıqlı gələcəyi naminə Allah Sizi və ailə üzvlərinizi qorusun.

Hörmətlə,

Balayev Xasay Rza oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş