Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş nümunəvi dərs keçirilib
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.
Yanvarın 17-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 6 d sinfində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş nümunəvi dərs keçirilib.
Tədbir tarix müəllimi Məlahət Abdullayevanın rəhbərliyi altında baş tutub. Nümunəvi dərsin təşkil edilməsinin əsas məqsədi şagirdlərə 20 Yanvar hadisələrinin əhəmiyyətini, bu faciənin Azərbaycan xalqı üçün nə qədər önəmli olduğunu və şəhidlərin qəhrəmanlığını çatdırmaq olub.
Nümunəvi dərs məktəbin direktor əvəzi Könül Kərimova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Məmmədova, təşkilatçı Gülnar Əmrahova, hərbi rəhbər Elxan Əliyev, Riyaziyyat müəllimi Pünhan Nəbiyeva tərəfindən dinlənilib.
M.Abdullayeva şagirdlərə 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verib. O, faciənin tarixini, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin simvolu olan bu faciənin mahiyyətini və ondan çıxarılacaq dərsləri şagirdlərə izah edib. Vurğulayıb ki, bu tarix yalnız bir faciə günü deyil, həm də müstəqil Azərbaycan dövlətinin formalaşmasında mühüm mərhələdir. M.Abdullayeva şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və Vətən sevgisinin gənc nəsillərə örnək olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, nümunəvi dərsin təşkil olunması şagirdlərdə 20 Yanvar hadisələrinə olan hörməti artırmaq və onların milli yaddaşlarını gücləndirmək üçün əhəmiyyətli bir addım olub. Bu cür tədbirlər gənc nəslin tarixə olan bağlılığını və Vətənə olan sevgisini dərinləşdirir, onların milli dəyərlərə daha çox sahib çıxmalarına şərait yaradır. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolundakı mübarizəsinin simvolu olaraq yaddaşlarda əbədi yaşayacaqdır.
Facebook-da paylaş