• Təqvim

  • Maraq



Qazaxda "Qızlar Yurdu" tələbə evi fəaliyyətə başlayacaq – FOTO/VİDEO


Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə inkişaf edən Qazax rayonunda yeni-yeni layihələr icra olunur. "CARÇIOĞLU GROUP" MMC-nin həyata keçirdiyi növbəti uğurlu layihə də bu dediklərimizin əyani sübutudur. 

Belə ki, "CARÇIOĞLU GROUP" MMC-nin  təşəbbüsü və dəstəyi ilə Qazax şəhərində tələbə qızlar üçün reallaşan "Qızlar Yurdu" tələbə evinin tikintisi yekunlaşıb.

Qazax şəhəri Səməd Vurğun küçəsi 19 ünvanında yeni inşa olunan ev hər kəsin zövqünü oxşayaraq rahatlıq bəxş edəcək. Artıq tələbə qızlarımız daha rahat, komfortlu şəraitdə təhsillərinə davam edəcəklər.

3 mərtəbədən ibarət bina 84 nəfər tələbə üçün nəzərdə tutulub. 0,78 hektar ərazini əhatə edən binanın ümumi sahəsi 1200 kvadratmetrdən çoxdur. 

Hər mərtəbədə 7 otaq olmaqla, ümumilikdə 21 otaq tələbələrin ixtiyarında olacaq. Bir otaq 3 nəfərdən ibarətdir. Hər otaqda keyfiyyətli çarpayılar, yazı masası, televizor, sanitar qovşağı var. Hər mərtəbədə təmiz, səliqəli mətbəx tələbələrin xidmətində olacaq. Bundan əlavə, tibb məntəqəsi, mütaliə zalı, fitnes zalı, kafe fəaliyyət göstərəcək. Tələbələr fasiləsiz internet xidmətindən yararlanacaq. 

Ən önəmlisi də odur ki, tələbə evində təhlükəsizlik tam təmin olunur. Mühafizə xidməti tərəfindən təhlükəsizlik qaydalarına tam riayət olunacaq. 

Onu da qeyd edək ki, ən müasir standartlara uyğun inşa olunan tələbə evində yalnız Bakı Dövlət Universiteti Qazax filialının tələbələri deyil, Qazaxda yerləşən digər ali və orta ixtisas müəssisələrində təhsil alan və evə ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. 

"CARÇIOĞLU GROUP" MMC-nin kollektivi başda olmaqla, bu layihənin icrasında əməyi, əziyyəti keçən hər kəsə təşəkkür edirik.




Facebook-da paylaş