• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “bdu-qazax.edu.az” saytının təqdimatı keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında filialın rəsmi saytı olan “bdu-qazax.edu.az” saytının təqdimatı münasibətilə tədbir keçirilib. 

Tədbirdə filialın professor–müəllim heyəti, tələbələr iştirak edib.


Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, sayt filialda keçirilən tədbirlərin, müəllim və tələbələrin əldə etdikləri nailiyyətlərin, istedadlı tələbələrin uğurlarının daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə yaradılmışdır. 


Filialın Mətbuat xidmətinin rəhbəri, saytın redaktoru Elçin İsmayıl çıxış edərək bdu-qazax.edu.az” saytı və həmçinin filialın facebook səhifəsi olan “bdu-qazax filialı” səhifəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.


Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova tədbirdə çıxış edərək yeni saytın filialın həyatında mühüm rol oynayacağını qeyd ediblər.

Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Tərlan Aslanlı tələbələr adından çıxış edərək saytın fəaliyyətə başlanmasına görə filialın rəhbərliyinə minnətdarlığını bildirib.

https://bdu-qazax.edu.az/index.php/az/ 

Filialın Mətbuat Xidməti






Facebook-da paylaş