• Təqvim

  • Maraq



BDU-nun Qazax filialının tələbələri intellektual yarışda ikinci yeri tutub


Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Gəncədə keçirilmiş intellektual yarışda ikinci yeri tutub.

Azərbaycan Texnologiya Universitetində baş tutan "Zəfərimiz əbədidir" adlı intellektual yarışda universitet və kolleclərin tələbələri bilik mübarizəsinə qoşulub. Yarışmada 7 universitet və 9 kollec olmaqla, 20-dən çox  komanda birincilik uğrunda mübarizə aparıb. 

Gərgin mübarizə şəraitində keçən yarışda Filialın tələbələri yüksək bilik nümayiş etdirərək 2-ci yeri tutub.

İntellektual yarışda Filialda magistratura və bakalavriat pillələri üzrə təhsil alan 8 tələbə iştirak edib. Komandanın kapitanı Teymuraz Məmmədov, iştirakçılardan Şəymən Nəbiyeva, Sevinc Əliyeva, Nəsimi Əliyev, Cansu Novruzzadə, Samir Rəhimov, Fərid Mehtiyev, Barat Cəfərli yarışda yüksək bilik nümayiş etdirib. 

Komandanın üzvləri Azərbaycan Texnologiya Universiteti tərəfindən Sertifikat və Fəxri Fərmanla təltif edilib.

Filialın direktoru, dosent Arif Rüstəmov 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Gəncədə keçirilmiş intellektual yarışda ikinci yeri tutmaları münasibətilə komandanın üzvlərini təbrik edib, onlara təhsildə və bilik yarışlarında daha böyük müvəffəqiyyətlər əldə etməyi arzulayıb.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş