• Təqvim

  • Maraq



Macarıstanın təqaüd proqramı “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində BDU-nun Qazax filialında tədbir keçirilib


Macarıstan Respublikasının təqaüd proqramı olan “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib. Filialın akt zalında keçirilən tədbirdə tələbələr və magistrantlar iştirak edib.


Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov Azərbaycan və Macarıstan arasında olan mədəni əlaqələrdən, tarixi oxşarlıqlardan danışaraq qeyd edib ki, Macarıstan Respublikası elm və təhsil sahəsində böyük uğurlar əldə etmişdir. Ona görə də bu ölkənin təqaüd proqramı ilə macar universitetlərində təhsil almağa bizim gənclər çox maraqlıdır. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva Qazax rayonunda tələbələrə göstərilən diqqət və qayğıdan danışıb, rayon rəhbərliyi tərəfindən bununla əlaqədar görülən işlərdən söz açıb.


Macarıstanın Azərbaycandakı Səfirliyinin təhsil və mədəniyyət üzrə diplomatı Monika Felföldi tədbirdə çıxış edərək tələbələrə görüşün məqsəd və əhəmiyyətindən danışıb, region universiteti məzunlarının təcrübə və karyera imkanlarını Macarıstanda davam etdirmək barədə məlumatlandırıb.


Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Niftalı Qasımlı çıxış edərək Hökümətlərarası Təqaüd Proqramı haqqında tələbələrə məlumat verməklə yanaşı, onları maraqlandıran sualları da cavablandırıb. 



Daha sonra Macarıstanda təhsil almış, “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin (AHAU) rəhbəri Günay Bayramova və birliyin üzvü Elton Abdürrəhmanov Macarıstanda oxumaqdan və yaşamaqdan danışıb.

Görüşdə Macarıstan haqqında hazırlanmış sualları düzgün cavablandıran tələbələr mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş