• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.


Filialın direktoru, dosent Arif  Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, çəmiyyət yaranandan bəri insan hüquqlarının müdafiəsi uğrunda mübarizə gedir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda bu sahədə böyük uğurlar əldə edilib. Ölkəmizin dövlət quruculuğunun əsasını insan hüquq və azadlıqları təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-nin, bütövlükdə isə III fəslin insan hüquq və azadlıqlarına həsr edilməsi bunun əyani sübutudur. Eyni zamanda, Azərbaycan bu istiqamətdə BMT-nin, AŞ-nın bütün əsas müqavilələrini ratifikasiya edib. A.Rüstəmov bildirib ki, humanizm dəyərlərinin əsas meyarı olan insan hüquq və azadlıqlarına hörmət Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Milli Məclisi Ulu Öndər Heydər Əliyevin müraciətindən sonra 2 noyabr 1998-ci ildə ölüm hökmünü ləğv edib, Şərqdə ilk ölkə olaraq bu humanist addımı atıb. Eyni zamanda, qadınların hüquq bərabərliyini tanıyan, qadınlara siyasi hüquqlar verən ilk Şərq dövləti kimi də Azərbaycan öz adını tarixə yazıb.  

 

Sonra tədbirdə İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, İctimai və  təbiət  fənləri kafedrasının baş müəllimləri Ülviyyə Bayramova və Fərqanə Şəhniyarova, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Azərin Əliyeva, təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbəsi Elmir Həsənli mövzu ilə bağlı çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş